Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

“Svitzer” şirkətinə 600 əməkdaşı işdən çıxarmağa icazə verilməyib

Avstraliya Ədalətli Əmək Komissiyası ölkənin ən böyük yedək xidməti operatoru olan “Svitzer” şirkətinə işçilərini işdən çıxarmağa icazə verməyib.

“Splash24/7”-in məlumatında belə deyilir.

Belə ki, “A.P.Moller-Maersk” -ə məxsus şirkət Avstraliyanın 17 limanını yedək xidməti ilə təmin edən 600-ə yaxın əməkdaşını işdən çıxarmaq istəyirdi.

“Splash” güman  edir ki, indi, Ədalətli Əmək Komissiyası “Svitzer” və həmkarlar ittifaqları arasında danışıqlara vasitəçilik etmək üçün addım atacaq.

Bundan əvvəl Avstraliyanın əmək münasibətləri naziri Tony Burke planlaşdırılan işdənçıxarmanı “iqtisadi vandalizm” adlandırmışdı. Münaqişə fonunda yedək biznesinin milliləşdirilməsi ilə bağlı təkliflər də artır.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır