Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

“MSC” İtaliya aviaşirkətini almayacaq

“Mediterranean Shipping Company” gəmiçilik şirkəti İtaliyanın “İTA Airways” aviadaşıyıcısının özəlləşdirilməsində iştirak etməyəcək.

“Reuters”-in məlumatında belə deyilir.

Xatırladaq ki, bu ilin yanvarında bildirilmişdi ki, “MSC” gəmiçilik şirkəti “Lufthansa” ilə əməkdaşlıq edərək “Alitalia”-nın varisi olan İtaliyanın dövlətə məxsus aviaşirkəti “ITA Airways”-in əksər hissəsini almaq niyyətindədir.

“MSC” və “Lufthansa” daha sonra İtaliya hökumətinə bir təklif hazırlamaq üçün onlara eksklüziv 90 gün vaxt verilməsi xahişi ilə müraciət etdilər, eyni zamanda, hökumətin aviaşirkətdə azlıq payını saxlamasını arzuladıqlarını bildirdilər. “MSC” və “Lufthansa” arasında əməkdaşlıq şərtləri lazımi araşdırma zamanı müəyyən edilməli idi.

“Airways Magazine”-ə görə, söhbət “MSC”-nin “ITA Airways”-də 20% və “Lufthansa”-da 60% almaqdan gedirdi. 20% dövlətdə qalacaq.

“MSC” bu həftə potensial müqavilədən çıxdığını elan edib. “Lufthansa”, öz növbəsində, “ITA Airways”-ə marağını qoruyur. Lakin digər potensial investorlarla – “Air France KLM”, “Delta” və Amerikanın “Certares” fondu ilə danışıqlar nəticəsiz qalıb.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır