Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

“MSC” gəmiçilik şirkəti dekabrda hava yolu ilə daşımalara başlayacaq

“Mediterranean Shipping Company” bu ilin dekabrında hava yolu ilə daşımalara başlamaq niyyətindədir.

“Seanews.az”ın məlumatına görə, əvvəllər xətt 2023-cü ilin əvvəlindən fəaliyyətə başlamağı planlaşdırırdı.

Şirkətin saytında hələ də 2023-cü ilin başlanğıcı göstərilsə də, 2022-ci ilin dekabr ayı üçün uçuş cədvəli artıq dərc edilib. Uçuşlar İndianapolis, Ankoric (ABŞ), Honkonq, Frankfurt və Mexiko şəhərləri arasında həyata keçiriləcək.

“MSC” gəmiçuilik şirkəti  “Air Cargo” bölməsini yaradaraq, Amerika yük aviaşirkəti “Atlas Air” ilə dörd “Boeing “777-200F” təyyarəsi üçün uzunmüddətli müqavilə imzalayıb. Onlardan birincisi bu ilin dördüncü rübündə, qalanları isə növbəti ilin əvvəlində təhvil verilməli idi. Göründüyü kimi, bu təyyarə dekabrda fəaliyyət göstərəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır