Vyetnama yeni xətt açılıb
“TRANS SYNERGY” intermodal konteyner operatoru “DVLK” ilə birlikdə Vyetnama yeni xətt açıb.
“Seanews.az”-ın məlumatına görə, xətdə istismar ediləcək gəmi Vladivostok - Danang - Hoşimin - Ninbo – Vladivostok marşrutu ilə limanlara yan alacaq.
İlk sınaq səfəri bu ilin sentyabrında baş tutub.
Xidmətin tezliyi iki həftədə bir dəfə, Hoşimindən Vladivostoka orta tranzit müddəti isə 9 gündür.
Xidmətə 2008-ci ildə inşa edilmiş 698 TEU tutumlu "İrida" konteyner gəmisi cəlb edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır