Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Çin Rusiya gəmi sahiblərinin sığorta sənədlərini tanımır

Rusiya gəmi sahibləri Çinin Rusiya sığortaçıları və Rusiya Milli Təkrar Sığorta Şirkəti tərəfindən verilmiş sığorta sənədlərini tanımaq istəmədiyi kimi problemlə üzləşirlər.

“Seanews.az” xəbər verir ki, bunu Rusiya-Çin enerji biznes forumunda çıxışı zamanı nəqliyyat nazirinin müavini Aleksandr Poşivay deyib.

“Rusiya gəmi sahibləri yuxarıda adı çəkilən sığorta şirkətləri tərəfindən verilmiş gəmi və yüklərin sığorta sənədlərinin tanınması ilə bağlı Çin hakimiyyəti və şirkətlərinin imtinaları ilə üzləşirlər”.

Poşivay onu da əlavə edib ki, Rusiya ikitərəfli əməkdaşlığı inkişaf etdirmək üçün Çinin “Rusiya enerji daşıyıcılarının dəniz daşımalarının sığortasını və təkrar sığortasını həyata keçirən şirkətlərin sertifikatlarının, habelə risklərin maliyyə təminatına zəmanət verən sənədlərin tanınması imkanlarını nəzərdən keçirməsini” istəyər.

Daha əvvəl enerji biznes forumunda Rusiya Baş nazirinin müavini Aleksandr Novak qeyd etmişdi ki, Rusiya Leninqrad vilayətinin Ust-Luqada etan tərkibli qazın emalı və LNG hasilatı kompleksində çinli tərəfdaşların fəal iştirakına ümid edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır