Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

ABŞ-ın Minnesota ştatında göldə təqribən 100 balıqçı təhlükədən xilas edilib

ABŞ-ın Minnesota ştatında donmuş göldə böyük buz parçasının qopması nəticəsində gölün ortasında köməksiz qalan təqribən 100 nəfər balıqçı hüquq mühafizə orqanları və xilasetmə xidmətinin təmsilçiləri tərəfindən xilas edilib.

AZƏRTAC Beltrami dairəsi şerifinin ofisinin mətbuat üçün yaydığı məlumata istinadla xəbər verir ki, təcili yardım dispetçer xidmətinə şahidlərdən daxil olan zəngə görə, əsas sahil xəttindən iri buz parçası ayrılıb. Nəticədə 100-dək insan həmin buz hissəsinin üstündə gölün ortasında köməksiz vəziyyət qalıb.

Məlumatda bildirilir ki, xilasedicilərin fikrincə axın balıqçıları təxminən 30 metr açıq gölə çəkib aparıb. Hadisə yerinə bir neçə xilasetmə xidməti qrupu və nəqliyyat vasitələri göndərilib. Onlar vizual vasitələrin və pilotsuz uçuş aparatlarının köməyi ilə su səthinin açıq hissəsində məsafəni müəyyən ediblər. Münasib yer seçilərək balıqçıların oradan çıxarılması üçün müvəqqəti körpü quraşdırılıb. 3 saat çəkən əməliyyatdan sonra rəsmi şəxslər təhlükədə olanların hamısının uğurla təxliyə olunduğunu elan ediblər.

Hakimiyyət orqanları buzaltı balıqçılıqla məşğul olmağı planlaşdıran şəxslərə xəbərdarlıq edərək, qış aylarında diqqətli və ayıq-sayıq olmalarını xahiş ediblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır