Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Qdanskda üçüncü konteyner terminalının tikintisinə başlanılıb

Qdansk limanında üçüncü dərin dəniz konteyner terminalı T3-ün tikintisinə başlanılıb.

“Seanews.az”ın məlumatına görə, “Baltic Hub” adlandırılan (əvvəlki adı “DCT Gdańsk”) layihəyə ümumilikdə 450 milyon avro vəsait qoyulacaq.

Ümumi sahəsi 36,5 hektar olacaq terminalın birinci mərhələsinin 2024-cü ilin birinci yarısında başa çatdırılması planlaşdırılır.

2025-ci ilin ikinci rübünə layihə tam başa çatdırılandan sonra isə yeni terminalın yanalma körpüsünün uzunluğu 717 metr, körpülərdə suyun  dərinliyi 17,5 metr  olacaq.

“Baltic Hub”-ün illik ötürmə qabiliyyətinin 4,5 milyon TEU-ya çatdırılması nəzərdə tutulur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır