Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2023-02-05,
Seanews
Heyder Eliyev

BMT-nin Ticarət və İnkişaf Konfransı Dəniz nəqliyyatı icmalını nəşr edib 

Donanmanın yenilənməsinin aşağı tempi dəniz daşımalarının həcminin artmasını məhdudlaşdırır.

Belə bir qənaətə Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı (UNCTAD) tərəfindən nəşr olunan Dəniz nəqliyyatı icmalının müəllifləri gəliblər.

2021-ci ildə qlobal ticarət donanması 3%-dən az artıb ki, bu da 2005-ci ildən bəri ikinci ən aşağı göstəricidir. Qlobal qaz tələbatından irəli gələrək, artım mayeləşdirilmiş qaz gəmiləri üçün ən yüksək olub. Sonra konteyner gəmiləri və  balkerlər gəlir.

2011-ci ildən donanmanın qocalması müşahidə olunur. Gəmilərin orta yaşı hazırda 21,9, yükgötürmə qabiliyyəti isə 11,5 ildir. Ən gənc gəmilər orta yaş həddi 11,1 il olan balkerlərdir, konteyner gəmiləri üçün bu rəqəm 13,7 il, neft tankerləri  üçün 19,7 ildir.

 Qeyd edək ki, mövcud yüksək tariflərdən və çarter dərəcələrindən faydalanmaq üçün şirkətlər köhnə gəmilərin istismarını davam etdirirlər. 2020-ci ildə ümumi registr tonlarında suya buraxılan gəmilərin tonajı azalsa da, 2021-ci ildə 5,2% artıb. Bununla belə, gəmiqayırma həcmləri 2014-2017-ci illərin səviyyəsindən hələ də aşağıdır.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır