Bu gün Ukrayna limanlarından dörd gəmi səfərə yola salınıb
Bu gün 149,3 min ton kənd təsərrüfatı məhsulu ilə dörd gəmi Ukrayna limanlarını tərk edib.
Ukrayna İnfrastruktur Nazirliyinin “Telegram” kanalında belə deyilir.
Onların arasında Hindistana 37,5 min ton yağ çatdıracaq “Sugar” gəmisi də var.
Hazırda Odessa limanlarında 20 gəmi yük əməliyyatına dayanıb. Bu gəmilərin anbarlarına ümumilikdə 613,2 min ton kənd təsərrüfatı məhsulları vurulacaq.
Avqustun 1-dən 529 gəmi ilə Odessa limanlarından Afrika, Asiya və Avropa ölkələrinə 13,2 milyon ton ərzaq məhsulları daşınıb.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

