Xəzər dənizində suitilərinin kütləvi ölümü ilə bağlı operativ qərargah yaradılacaq
Xəzər dənizinin Dağıstan sahillərində suitilərinin kütləvi ölümü ilə bağlı operativ qərargah yaradılacaq.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Dağıstan Nazirlər Kabinetinin Teleqram kanalında dərc olunan məlumatda bildirilir.
“Qərargahda “Rosprirodnadzor”, “Rosrıbolovstvo”, Xəzər Bioloji Resurslar İnstitutunun nümayəndələri, həmçinin bələdiyyələrin rəhbərləri və alimlər yer alacaqlar. Bununla bağlı sərəncam yaxın vaxtlarda imzalanmalıdır”, – məlumatda qeyd edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

