Ventspils limanının yük dövriyyəsi 32,5% artıb
2022-ci ilin yanvar-noyabr aylarında Latviyanın Ventspils limanının yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,5% artaraq 13,3 milyon tona çatıb.
“Seanews.az” liman administrasiyasının məlumatına istinadən bildirir ki, 5,95 milyon ton maye yük (+6%), 4,68 milyon ton toplu yük (artım 2,3 dəfə) və 2,64 milyon ton ümumi yük (+7,7%) işlənib.
On bir ayda limana 1264 gəmi yan alıb ki bu da keçən ilin müvafiq dövrünün göstəricisindən 16,5% çoxdur.
Venta çayının mənsəbinin yaxınlığında yerləşən Ventspils limanı neft, neft məhsulları, maye kimyəvi maddələr, gübrələr, metal, ağac və balıq sənayesi məhsulları, kömür, konteynerlər və Ro-Ro qoşqularının yüklənməsi və boşaldılması üçün terminallarla təchiz edilmişdir.
2021-ci ildə limanın yük dövriyyəsi 11 milyon ton təşkil edib.

