Finlandiyanın şərq limanına 2341 gəmi yan alıb
2022-ci ilin yanvar-noyabr aylarında Finlandiyanın Hamina-Kotka limanının yük dövriyyəsi 14,6 milyon ton olub ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 10% artım deməkdir.
“Seanews.az”-ın məlumatına görə, ixrac üçün yükdaşırmaların həcmi 1% artaraq 10,2 milyon tona çatıb. ,Maye yüklərin aşırılması 23,4% artıb və 1,76 milyon ton təşkil edib.
İdxal yüklərinin aşırılmasının həcmi 38,3 faiz artaraq 4,45 milyon tona çatıb. İdxa maye yüklərin aşırılması 5% azalaraq 938,67 min ton olub.
Tranzit daşımaların həcmi 3% azalıb və 3,5 milyon ton təşkil edib. Ölkədaxili daşınmalar 5 dəfə artaraq 657,8 min tona çatıb.
Limanın konteyner dövriyyəsi 5,2% artaraq 574,6 min TEU təşkil edib.
Limana 2341 gəmi yan alıb ki, bu da, keçən ilin müvafiq dövründən 8,2% çoxdur.
Qeyd edək ki, Finlandiyanın ən şərq limanı olan Hamina-Kotkada 2021-ci ildə yük dövriyyəsi 14,57 milyon ton təşkil edib.

