Türkiyə sahillərində yük gəmisində yanğın baş verib, bir nəfər ölüb
Türkiyənin Sinop əyaləti sahillərində Malta bayrağı altında üzən yük gəmisində baş vermiş yanğın nəticəsində bir nəfər ölüb, azı 13 nəfər yaralanıb.
AZƏRTAC bu barədə NTV telekanalına istinadla məlumat yayıb.
Bildirilib ki, gəminin kapitanı həlak olub. Yaralılardan üçünün vəziyyəti ağırdır. Yanğın vaxtı gəminin göyərtəsində ümumilikdə 17 nəfər olub.
Yaralılar qayıqlarla Sinop limanına çatdırılıb.
Hadisənin səbəbləri araşdırılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

