“Frontline” qeydiyyat yerini dəyişmək istəyir
“Frontline Ltd” səhmdarları növbədənkənar ümumi yığıncaqda digər məsələlərlə yanaşı, şirkətin Kiprdə redomisiliasiyası məsələsini də nəzərdən keçirməlidirlər.
Şirkətdən “Seanews”-a verilən məlumatda belə deyilir.
Qeyd edək ki, redomisiliasiya hüquqi formasını, strukturunu, aktivlərini, öhdəliklərini, bank hesablarını və s. saxlanmaqla başqa ölkədə şirkətin yenidən qeydiyyata alınmasıdır.
Hazırda Bermud adalarında qeydiyyatda olan “Frontline” şirkətinin Kiprdə “Frontline plc” kimi qeydiyyata alınması təklif olunur.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

