Yunan gəmi sahibləri işlənmiş gəmi bazarında liderlik edirlər
Yunan gəmi sahibləri 2022-ci ildə işlənmiş gəmilərin alqı-satqısı bazarına liderlik ediblər.
“Ekathimerini” nəşri bildirir ki, Yunanıstandan olan gəmi sahibləri ümumilikdə 5,6 milyard dollarlıq işlənmiş gəmilər alıblar. Satdıqları işlənmiş gəmilərin dəyəri isə 5,2 milyard dollar olub
Beləliklə, bazarın ümumi həcmi 10,8 milyard dollara çatıb. Ümumilikdə 241 ticarət gəmisi satılıb və 254 gəmi alınıb.
Ən çox əməliyyatlar tankerlərin payına düşüb: 107 gəmi alınıb, 115 gəmi satılıb.
Eyni zamanda, işlənmiş tankerlərin qiymətində artım qeydə alınsa da, işlənmiş balkerlərin qiymətlərində aşağı düşməı müşahidə olunub.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

