Bosfor boğazı vasitəsilə gəmilərin hərəkəti müvəqqəti dayandırılıb
Bosfor boğazı vasitəsilə gəmilərin hərəkəti müvəqqəti dayandırılıb.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Sahil Mühafizəsi Xidməti məlumat yayıb.
“Yerli vaxtla saat 04:35-dən ( Bakı vaxtı ilə 05:35) qatı duman səbəbindən boğazda hər iki istiqamətdə gəmilərin hərəkəti müvəqqəti dayandırılıb. Hava şəraiti yaxşılaşdıqdan sonra hərəkət bərpa olunacaq", - məlumatda deyilir.
Duman Sabiha Gökçen hava limanının işində fasilələrə səbəb olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

