Liman rekord göstəriciyə imza atıb
Çinin Jenşen limanında 2022-ci ildə 30 milyon TEU aşırılıb ki, bu da 2021-ci illə müqayisədə 4,39% çoxdur və yeni rekord göstəricidir.
“Seanews.az”ın məlumatına görə, 2022-ci ildə Jenşen limanında 30 multimodal dəmir yolu-dəniz nəqliyyatı marşrutu daxilində təxminən 230 000 TEU aşırılıb ki, bu da 2021-ci illə müqayisədə 3% çoxdur.
Liman həmçinin 2022-ci il fevralın 19-da Jenşen və Honkonq limanları arasında sürətli su nəqliyyatı marşrutunu işə saldı və bu, marşrutla indiyədək 1,44 milyon TEU-dan çox yük daşınmışdır. Bundan əlavə, liman keçən il daha 4-nü əlavə etməklə beynəlxalq yükdaşıma xətlərinin sayını 295-ə çatdırdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

