Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

Üç daşıyıcı alyans yanvarın 1-dən fevralın 17-dək 53 səfəri ləğv edib

Üç daşıyıcı alyans yanvarın 1-dən fevralın 17-dək Asiya-Avropa marşrutu üzrə 53 səfəri ləğv edib. Bu da daşınması nəzərdə tutulan yüklərin 23%-nə bərabərdir.

Bu barədə “The Loadstar” “Alphaliner” hesabatına istinadən xəbər verir.

Çin yeni ilindən sonra tələb gözləniləndən aşağı ola biləcəyi üçün daşıyıcılar daha çox səfəri ləğv edə bilərlər.

“CMA CGM”, “Cosco”, “OOCL” və “Evergreen” şirkətlərinin daxil olduğu “Okean Alliance”-nin üzvləri bu ilin ilk yeddi həftəsində Asiya-Avropa marşrutu üzrə səfərlərinin 23%-ni ləğv ediblər. Bunlardan 22%-i Şimali Avropaya, 25%-i isə Asiyaya nəzərdə tutulmuşdu. Aralıq dənizi limanlarına da səfərlərin ləğv edildiyi qeyd edilir.

“2M” alyansı – “MSC” və “Maersk” - eyni dövrdə səfərlərin 24% -ni ləğv edib. Səfərlərin 29%-i Şimali Avropa limanları istiqamətində, 14%-i Asiyadan Aralıq dənizi istiqamətində təxirə salınıb.

“THEA” alyansının üzvləri (“Hapag-Lloyd”, “ONE”, “Yang Ming” və “HMM”) 36% ilə daha çox səfəri ləğv ediblər. “Alphaliner” hesab edir ki, bu, alyansın Süveyş kanalı vasitəsilə tranzit rüsumlarına qənaət etmək üçün Şimali Avropadan Ümid burnu vasitəsilə bəzi tranzit səfərlərin istiqamətini dəyişdirmək strategiyası ilə bağlıdır. "Bu tənzimləmə tranzit vaxtına iki həftə əlavə edir və buna görə də Çinə daha gec gəlmək deməkdir."

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır