Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Yaponiya sahillərində göyərtəsində 22 nəfərin olduğu yük gəmisi batıb

Honq-Konqda qeydiyyatdan keçmiş yük gəmisi Yaponiyanın Naqasaki prefekturasındakı Danco adaları sahillərində batıb.

AZƏRTAC xəbər verir ki, bu barədə çərşənbə günü NHK telekanalı Yaponiya Sahil Mühafizəsinə istinadən məlumat yayıb.

Məlumata görə, gəmidə Çin və Myanma vətəndaşları da daxil olmaqla, 22 nəfər vardı. Gəmi heyəti axşam saatlarında qəza siqnalı verib və gəminin batdığını bildirib.

Dərhal ərazidə xilasetmə əməliyyatı başlayıb. Hələlik dörd nəfər xilas olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır