Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Gəmiçilik şirkətləri “2M” ittifaqı çərçivəsində birgə fəaliyyətlərini dayandırıblar

“Mediterranean Shipping Company” (“MSC”) və “A.P. Moller — Maersk”-ə daxil olan “Maersk A/S” 2025-ci ilin yanvarından başlayan  “2M” ittifaqı çərçivəsində birgə fəaliyyətlərini dayandırmaq qərarına gəliblər. 

“Seanews.az”-ın məlumatına görə, şirkətlərin birgə bəyanatında belə deyilir.

“MSC” və “Maersk” etiraf edir ki, şirkətlər 10 illik müqavilə imzaladıqları 2015-ci ildən bəri çox şey dəyişib. “2M” ittifaqında birgə fəaliyyətin  dayandırılması hər iki şirkətin öz strategiyalarını həyata keçirmələri üçün qapı açır,” – deyə “A.P.Moller-Maersk”-in baş direktoru Vinsent Klerk və “MSC”-nin baş direktoru Soren Toft bildirib.

“Biz tərəfdaşlığı yüksək qiymətləndiririk və müqavilənin qalan hissəsində sıx əməkdaşlıq etmək niyyətindəyik. Biz “2M” alyansının bir hissəsi olaraq “MSC” və “Maersk” müştərilərinə ciddi şəkildə xidmət göstərməyə sadiqik”.

Alyansın ləğvi ilə bağlı verilən açıqlama, müştərilərin “2M” daxilində istifadə etdiyi xidmətlərə heç bir şəkildə təsir etməyəcək. Hər bir şirkətin müştəri xidməti “2M” alyansının bağlanması zamanı və bağlandıqdan sonra müştəriləri ilə işləyəcək.

Xatırladaq ki, “2M” alyansın minimum fəaliyyət müddəti 10 il müəyyən edilmişdi və hər bir tərəfdaş ondan çıxmaq istəyini qarşı tərəfə iki il əvvəl bildirməli idi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır