“Euronav”-ın “Frontline” şirkətinə qarşı bütün iddiaları rədd olunub
“Euronav”-ın “Frontline” şirkətinə qarşı bütün iddiaları rədd edilib.
“Seanews.az”-ın məlumatına görə, bunu “Frontline plc” (keçmiş “Frontline Ltd.”) şirkətindən bildiriblər.
Qərar fevralın 7-də dərc edilib. “Euronav”-ın iddiasının açıq şəkildə rədd edilməsindən əlavə, o, “Frontline” şirkətinə arbitrajla bağlı bütün xərcləri ödəməlidir.
"Bu qərar “Frontline”-ın birləşmə müqaviləsini ləğv etmək qərarının tamamilə qanuni olduğuna dair mövqeyini gücləndirir", - “Frontline” şirkətinin bəyanatında deyilir.
Xatırladaq ki, “Frontline” və “Euronav” şirkətləri 2022-ci ilin yazında mümkün birləşmə haqqında saziş imzalayıblar. “Euronav” və “Frontline”-ın səhm mübadiləsi nisbəti müvafiq olaraq 1:1,45 qəbul edilib. Nəticədə “Euronav” səhmdarları birləşmiş şirkətin səhmlərinin 59%-nə, “Frontline” - 41%-nə sahib olmalı idilər. Daha sonra şirkətlər bildiriblər ki, “sövdələşmənin başa çatması bir sıra şərtlərdən asılı olduğundan tərəflər arasında yekun qərarın əldə olunacağına zəmanət yoxdur”.

