Yanvarda Hamina-Kotka limanına 234 gəmi yan alıb
2023-cü ilin yanvarında Finlandiyanın Hamina-Kotka limanının yük dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 21,4% artaraq 1,44 milyon tona çatıb.
Liman administrasiyasının məlumatına görə, ixrac üçün yüklərin aşırılması 2,6% azalaraq 871,4 milyon tona, maye yüklərin işlənməsi 25 dəfə azalaraq 7,14 milyon tona düşüb.
İdxal olunmuş yüklərin aşırılması 2 dəfə artaraq 568,6 min tona, , maye yüklərin işlənməsi 36 faiz artaraq 104,87 min tona çatıb.
Limanın konteyner dövriyyəsi 23% artaraq 53,5 min TEU, tranzit daşımaların həcmi 40% azalaraq 217,67 min ton təşkil edib.
Yanvar ayında limana 234 gəmi yan alıb ki, bu da 18,2% artım deməkdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

