Keçən həftə Naxodka limanında saxlanılan “Haven Guarder” teploxodu limandan çıxıb
Tayvanlı sahibi gəmi ilə bağlı bütün iradların Çin limanında dok təmirinə dayanarkən aradan qaldırılacağına və kollektiv müqavilə imzalanacağına zəmanət verdikdən sonra “Haven Guarder” teploxoduna Naxodka limanını tərk etməyə icazə verilib.
“Seanews.az” xəbər verir ki, bu barədə Rusiya Həmkarlar İttifaqının Uzaq Şərq Regional Təşkilatının mətbuat xidməti məlumat yayıb.
“Haven Guarder” teploxodutexniki vəziyyəti və dənizçilərin əmək hüquqları ilə bağlı çoxsaylı pozuntulara görəkeçən həftəNaxodka Dövlət Liman Nəzarəti İdarəsi tərəfindən saxlanılmışdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

