Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-24,
Seanews
Heyder Eliyev

Ən böyük yedək xidməti təminatçısı olan şirkəti almaq üçün müqavilə bağlayıb

“Boluda Corporacion Maritima”, xüsusi bölməsi “Boluda Towage” vasitəsilə dünyanın beşinci ən böyük yedək xidməti təminatçısı olan “Smit Lamnalco” (“SL”) şirkətini almaq üçün müqavilə bağlayıb.

“Seanews.az”-ın məlumatına görə, liman, sahil və dəniz yedək və xilasetmə əməliyyatları üzrə ixtisaslaşan “Boluda Towage” tezliklə inkişaf potensialı ilə yedək xidməti bazarında ən böyük şirkətə çevriləcək.

Alqı-satqı müqaviləsi ölkələrin tənzimləyici orqanlarında bir sıra razılaşdırma və təsdiqlərdən keçməlidir.

Aktivlərin konsolidasiyası 600 yedək gəmisi olan şirkətə 50 ölkədə və 148 limanda fəaliyyətini gücləndirməyə imkan verəcək.

Niderland şirkəti “Smit Lamnalco” (Rotterdam) 50%-lə “Boskalis Group” və “Rezayat Group”-a məxsusdur. Şirkətdə 1,6 mindən çox işçi çalışır. Donanma LNG gəmiləri, tankerlər və məhsul daşıyıcılarına yedək, yanalma və müşayiət əməliyyatları xidməti göstərir.

“Boluda Corporación Maritima” şirkətinin əsası 1837-ci ildə “Naviera Fos”-un yaranması ilə yaradılması ilə qoyulub. Bu gün o, dəniz sənayesinə müxtəlif xidmətlər göstərən böyük İspan şirkətidir.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır