Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-24,
Seanews
Heyder Eliyev

“DSME” gəmiqayırma zavodu 2023-cü ildə ilk sifarişini alıb

Cənubi Koreya nəhəngi “Daewoo Shipbuilding & Marine Engineering Co.” (“DSME”) 2023-cü ildə ilk sifarişini alıb.

“Seanews.az”-ın məlumatına görə, mayeləşdirilmiş təbii qaz (LNG) daşıyacaq gəminin tikintisi üçün 246 milyon dollarlıq müqavilə bağlanıb.

Tankeri sifariş edən gəmiçilik şirkətinin adı açıqlanmır.

Gəmiqayırma zavodu tankeri 2027-ci ilin martına təhvil verəcək.

“DSME” keçən il 38 LNG tankerinin tikintisi üçün sifariş alıb ki, bu da müəssisənin tarixində ən yüksək illik göstəricidir.

Dövlətə məxsus Koreya İnkişaf Bankının nəzarətində olan gəmiqayırma şirkəti 2023-cü il ərzində 6,98 milyard dollarlıq sifariş almağa ümid bəsləyir.

Xatırladaq ki, 2022-ci ilin dekabrında Cənubi Koreyanın “Hanwha Group” konqlomeratı çətin maliyyə vəziyyətində olan “DSME”-ni almaq üçün müqavilə imzalamışdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır