“CMA CGM” sərnişindaşıma bazarına qayıtmaq istəyir
“CMA CGM” şirkəti Fransanın sərnişin bərə operatoru “La Meridionale”-ni almaq üçün danışıqlar aparır. Beləliklə, konteyner daşıyıcısı öz kruiz şirkəti “Compagnie du Ponant”-ın satışından 11 il sonra sərnişindaşıma bazarına qayıtmaq istəyir.
“Seanews.az”-ın məlumatına görə, “La Meridionale”-nın donanması dörd bərədən ibarətdir və Fransa, Korsika, Mərakeş, həmçinin Barselona və Tanjer arasında marşrutlarda fəaliyyət göstərir.
“La Meridionale”-nin baş ofisi Marseldə, “CMA CGM” qərargahının qarşısında yerləşir.
Xatırladaq ki, “CMA CGM” “Compagnie du Ponant” kruiz şirkətini 2004-cü ildə almışdı və 2012-ci ildə diqqətini konteyner daşımalarına yönəltmək üçün onu satmışdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

