Sövdələşmənin ümumi dəyəri 291 milyon dollardır
“Golden Ocean Group Limited” şirkəti skrubber sistemləri ilə təchiz olunmuş 208 000 DWT gücündə altı müasir gəmi almaq üçün müqavilə bağlayıb.
“Seanews.az”-ın məlumatına görə, sövdələşmənin ümumi dəyəri 291 milyon dollardır.
Bu gəmilərin alınması ilə donanmasının dedveytinə görə, “Golden Ocean” dünyanın ən böyük gəmiçilik şirkəti olacaq. “Newcastlemax” ölçülü gəmilər istismar üçün yenidən keçmiş sahibinə taym-çarterə veriləcəkdir. 36 ay müddətinə verilən gəmilər üçün gündəlik orta hesabla 21 000 ABŞ dollar ödənilir.
“Golden Ocean” şirkətinin 99 gəmidən ibarət donanmasının orta yaşı 6 ildən azdır. “Capesize” gəmilərinə sahibi olan nəhəng şirkət “Panamax” buz sinfi gəmi seqmentində də lider mövqeyə malikdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

