Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-24,
Seanews
Heyder Eliyev

“COSCO”-nun gəmiləri 160 ölkənin 1,6 mindən çox limanına yan alır

Çinin gəmiçilik şirkəti “COSCO Shipping Group” və onun “COSCO Shipping Development” bölməsi elektrik gəmilərinin istehsalı alyansının yaradılması təşəbbüsü ilə çıxış ediblər.

Bu barədə “Seatrade Maritime” sənaye portalı xəbər verir.

Assosiasiyanın üzvləri müxtəlif sənaye sahələrindən, o cümlədən elektrik mühərrikləri istehsalçıları, konstruktorlar və gəmi istehsalçıları, liman və terminal operatorları, tədqiqat institutları, akkumulyator təchizatçıları, sənaye investisiya fondlarının və maliyyə institutlarının nümayəndələridir. Assosiasiya ekoloji cəhətdən təmiz gəmiçilik sənayesinin inkişafına kömək etmək, üzvləri arasında əlaqələri və əməkdaşlığı gücləndirmək niyyətindədir.

1961-ci ildə yaradılmış “China Ocean Shipping Company” (“COSCO”) Çinin ən böyük gəmiçilik, logistika, gəmiqayırma və təmir qrupudur. “COSCO” ildə 400 milyon tona qədər yük daşıyan, ümumi çəkisi 56 milyon ton olan 800-dən çox müasir ticarət gəmisindən ibarət donanmaya sahibdir və onu idarə edir. Qrupun gəmiçilik xətləri dünyanın 160-dan çox ölkə və regionunda 1,6 mindən çox limanı əhatə edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır