1004 gəmidə yük əməliyyatları həyata keçirilib
“Mawani” (Səudiyyə Ərəbistanı Liman İdarəsi) tərəfindən idarə olunan terminal və limanlarda 2023-cü ilin yanvar ayında konteyner aşırılması 694,8 min TEU təşkil edib ki, bu da 2022-ci ilin eyni ayı ilə müqayisədə (560,08 min TEU) 24,05% çoxdur.
“Seanews.az”-ın məlumatına görə, 2023-cü ilin yanvar ayında ixrac konteynerlərinin aşırılması 17,8% artaraq 206,17 min TEU, idxal konteynerlərinin işlənməsi 26,08% artaraq 220,1 min TEU olub.
Yanvar ayında aşırılan yüklər bütövlükdə bir il əvvəlki 24 milyon TEU ilə müqayisədə 9,55% artaraq 26,3 milyon tona çatıb.
Hesabat ayında terminallarda 1004 gəmidə yük əməliyyatları həyata keçirilib ki, bu da 13,45% artıq gəmi deməkdir.
Sərnişin axını 27,22% artaraq 99 min nəfəri ötüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

