Rusiyada gəmi qəzaya uğrayıb
Rusiyanın Novorossiysk limanı yaxınlığında “Seamark” quru yük gəmisi fırtına zamanı qəzaya uğrayıb.
APA xəbər verir ki, bu barədə Rusiya Dəniz və Çay Nəqliyyatı üzrə Federal Agentliyi (Росморречфлот) məlumat yayıb.
Qeyd olunub ki, Komor adaları bayrağı altında üzən gəminin ekipajı 11 nəfərdən ibarət olub.
Rusiya Fövqəladə Hallar Nazirliyindən isə əlavə olunub ki, xilasetmə əməliyyatı zamanı ekipaj üzvlərindən 1 nəfərin öldüyü, 1 nəfərin isə ağır xəsarətlər alması aşkar edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

