Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-25,
Seanews
Heyder Eliyev

“ZIM” və “Hai An” birgə müəssisə yaradırlar

Hayfonda yerləşən “ZIM” və “Hai An” (“HATS”) nəqliyyat və stividor şirkəti Vyetnamda daxili daşımalar üçün birgə müəssisə yaradırlar.

“SeaNews”-in məlumatına görə, “Lotus Link” müştərək şirkəti Vyetnamın əsas limanlarına (Hoşimin, Dananq və Hayfon), habelə hazırda beynəlxalq və daxili yükdaşımalara birbaşa çıxışın məhdud olduğu əyalətlərinə və rayonlarına xidmət göstərəcək.

Təsisçilərin fikrincə, gəmiçilik xidmətləri ilə yanaşı, avtomobil nəqliyyatı və gömrük brokerliyi kimi yerüstü logistika xidmətləri də göstərəcək “Lotus Link” birgə müəssisəsinin Vyetnam istehsalçılarına, idxalçılarına və ixracatçılarına faydası çox olacaq.

“Lotus Link” həm yerli, həm də beynəlxalq daşımalarda Vyetnam bayrağı altında üzən gəmilərdən istifadə edəcək. İlk xidmətin martda açılması nəzərdə tutulur. Baş ofisi Hayfonda yerləşən yeni birgə müəssisəyə Hay Danq Kuanq rəhbərlik edəcək. İl ərzində Hoşimin və Dananq da daxil olmaqla, xidmət dairəsinin genişləndirilməsi planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır