Türkiyədə gəmi-bərədə yanğın baş verib
Türkiyədə Mərmərə dənizində Bandırmadan Tekirdağa gələn gəmi-bərədə yanğın baş verib.
"Seanews.az" xəbər verir ki, dərhal gəmi sahilə yan alıb, göyərtədə olanlar təxliyə ediliblər.
Hadisə nəticəsində tüstüdən təsirlənən 30 nəfərə ilkin tibbi yardım göstərilib.
Yanğın söndürülsə də, gəmiyə və içərisindəki avtomobillərə ciddi ziyan dəyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

