Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-15,
Seanews
Heyder Eliyev

"COSCO"dan LNG əsaslı strateji addım: şirkət 18 yeni gəmi ilə donanmasını böyüdür

"COSCO Shipping" konteyner daşımalarında fəaliyyətini genişləndirmək və yanacaq baxımından çevikliyini artırmaq məqsədilə 18 ədəd yeni konteyner gəmisi sifariş edib.

"Seanews.az" xəbər verir ki, təxminən 2,7 milyard ABŞ dolları dəyərində olan bu iri investisiya şirkətin LNG yanacaqlı gəmilərə keçid istiqamətində atdığı ilk addım kimi diqqət çəkir.

"COSCO"nun rəsmi açıqlamasına əsasən, sifariş edilən gəmilərin 12-si "CSSC" qrupuna daxil olan "Jiangnan" Gəmiqayırma Zavodunda inşa ediləcək. Onlar 18 000 TEU tutumlu LNG ikiyanacaqlı konteyner gəmiləridir.

Qalan 6 gəmi isə "COSCO Zhoushan" Gəmiqayırma Zavodunda tikiləcək və hər biri 3 000 TEU tutumuna malik konteyner gəmilərindən ibarət olacaq.

"COSCO" dünyanın dördüncü ən böyük konteyner daşımaları şirkəti mövqeyində qərarlaşıb. Hazırda qrup təxminən 550 gəmidən ibarət ümumi tutumu 3,59 milyon TEU olan donanmanı istismar edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır