Dunay çayında buzlaşma naviqasiyaya təhlükə yaradır - VİDEO
Son günlər Avropanı əhatə edən kəskin soyuq hava şəraiti su nəqliyyatına da təsir göstərib.
Avropanın əsas daxili su yollarından biri olan Dunay çayında buzlanma bu il gözləniləndən daha erkən başlayıb və bu vəziyyət gəmiçilik fəaliyyəti üçün ciddi risklər yaradır.
Viyana şəhəri hazırda dondurucu hava şəraiti ilə mübarizə aparır. Aşağı temperaturun təsiri nəticəsində yalnız Dunay çayında deyil, həmçinin şəhərdaxili yollarda və səkilərdə buzlanma halları artıb.
Mütəxəssislər bildirirlər ki,mövcud şəraitin davam edəcəyi təqdirdə bəzi ərazilərdə naviqasiyanın müvəqqəti məhdudlaşdırılması da istisna edilmir.
Səlahiyyətli qurumlar vəziyyəti nəzarətdə saxladıqlarını və hava şəraitinə uyğun olaraq təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildiriblər.

