Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-21,
Seanews
Heyder Eliyev

"AD Ports" İspaniyanın gəmiqayırma sektoruna daxil olur

"AD Ports Group" Avropada gəmiqayırma sahəsində mövqeyini gücləndirərək, İspaniyanın "Astilleros Balenciaga" gəmiqayırma zavodunu satın alıb. 

"Seanews.az" xəbər verir ki, "Noatum Maritime" tərkibində fəaliyyət göstərən "Safeen Drydocks" bölməsi Bask regionunda yerləşən zavodun 100%-ni 11,2 milyon avroya (13,1 milyon dollar) alıb. 

İndi "Balenciaga Shipyard" adı ilə fəaliyyət göstərəcək müəssisə təxminən 100 illik gəmiqayırma və təmir təcrübəsinə malikdir. Zavodun infrastrukturuna iki quru dok, 22 000 kvadratmetrdən artıq avtomatlaşdırılmış istehsal sahəsi, eləcə də xüsusi kəsmə və istehsal bölməsi daxildir.

"Balenciaga" əsasən mürəkkəb gəmilərin və prefabrik dəniz strukturlarının inşası ilə tanınır. O həmçinin İspaniyada dənizdə külək elektrik stansiyaları üçün "Service Operation Vessel" (SOV) tipli gəmilər tikmək təcrübəsinə malik azsaylı gəmiqayırma müəssisələrindən biridir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır