Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-26,
Seanews
Heyder Eliyev

Şimali Aralda suyun səviyyəsinin artırılması üçün plan müzakirə edilib

Qazaxıstanın su ehtiyatları və irriqasiya naziri Nurjan Nurjigitov Dünya Bankının Qazaxıstandakı daimi nümayəndəsi Andrey Mixnev ilə görüşüb.

AZƏRTAC-ın Qazaxıstanın Su Ehtiyatları və İrriqasiya Nazirliyinə istinadən verdiyi xəbərə görə, tərəflər hazırlanan birgə layihələrin həyata keçirilməsi mexanizmlərini müzakirə ediblər.

Xüsusilə, Şimali Aralın qorunması layihəsinin ikinci fazası müzakirə olunub. Layihə Kokaral bəndinin yenidən qurulmasını nəzərdə tutur. Bununla da dənizdə suyun səviyyəsinin artırılması planlaşdırılır.

Həmçinin, rəqəmsallaşdırma və avtomatlaşdırma elementləri ilə Qızılorda vilayətinin irriqasiya şəbəkələrinin bərpası layihəsi hazırlanır. Bu, suyun daha səmərəli istifadəsini təmin edəcək və qənaət olunan həcmləri Şimali Aral dənizinə yönləndirməyə imkan verəcək.

Hal-hazırda layihələr dövlət ekspertizasından keçir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır