Ballast sularına nəzarət sərtləşir: gəmilərin saxlanılmasına əsas səbəb texniki nasazlıqlardır
2025-ci ilin Ballast Sularının İdarə Edilməsi (BWM) üzrə yoxlama kampaniyasının (CIC) nəticələri açıqlanıb.
“Seanews.az” xəbər verir ki, hesabata görə, limanlarda gəmilərin saxlanılmasına (detention) səbəb olan ciddi nöqsanların 46%-i birbaşa ballast suyunun təmizlənməsi sistemlərinin (BWTS) texniki nasazlığı ilə əlaqədardır.
BIO-UV qrupunun eksperti Şarlen Serezola bildirir ki, qayda pozuntularının əksəriyyəti sənədləşmə ilə bağlı olsa da, gəmiləri limana “həbs” edən əsas amil sistemə zəif texniki xidmət göstərilməsidir. Ehtiyat hissələrinin çatışmazlığı və istehsalçıların zəif servis dəstəyi gəmi sahiblərini risk altında qoyur.
Liman Dövləti Nəzarəti (PSC) artıq təkcə kağız üzərindəki qeydlərə deyil, sistemin real işləkliyinə fokuslanır. Ekspertlər xəbərdarlıq edirlər: yoxlamadan bir gün əvvəl baxımsız sistemi bərpa etmək mümkün deyil və bu, gəmi sahiblərinə yeni avadanlıqdan qat-qat baha başa gələ bilər.

