Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-20,
Seanews
Heyder Eliyev

“China Merchants” kruiz bazarından çıxır

Çinin iri sənaye və dənizçilik şirkətlərindən biri olan “China Merchants” kruiz bazarından çıxmaq qərarı verib.

"Seanews.az" “The Maritime Executive”ə istinadən xəbər verir ki, şirkət 2021-ci ildə “Viking” ilə birgə yaratdığı layihə çərçivəsində əldə etdiyi kruiz gəmisini satışa çıxarıb.

Şirkət həmin gəmini təxminən 400 milyon dollara almış və “Zhao Shang Yi Dun” adı ilə istismara vermişdi. Lakin layihə gözlənilən nəticəni verməyib və gəmi tez-tez aşağı doluluqla fəaliyyət göstərərək zərər edib.

Satış şərtlərinə əsasən, alıcı gəmidə “China Merchants” brendindən istifadə edə bilməyəcək və əvvəlki əlaqələr qeyd olunmayacaq. Şirkətin bu qərarı Çində kruiz bazarında fəaliyyət göstərən digər operatorların da çətinliklərlə üzləşdiyi bir dövrə təsadüf edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır