Alyaska tarixi bərə üçün alıcı axtarır
ABŞ-nin Alaska ştatı 63 illik tarixi bərə — M/V Matanuska üçün alıcı axtardığını açıqlayıb. Ştat rəhbərliyi gəminin utilizasiyası əvəzinə onun qorunaraq yeni məqsədlərlə istifadəyə verilməsini prioritet hesab edir.
1963-cü ildə inşa edilən gəmi uzun illər “Alaska Marine Highway System” (Alyaska Dəniz Magistral Sistemi) çərçivəsində fəaliyyət göstərərək regionda sərnişin və yük daşımalarında mühüm rol oynayıb.
Seanews.az “The Maritime Executive”ə istinadən xəbər verir ki, texniki vəziyyəti səbəbilə gəminin yenidən aktiv xidmətə qaytarılması iqtisadi baxımdan çətin hesab olunur.
Hazırda limanda saxlanılan bərə üçün potensial investor və ya operatorların cəlb edilməsi istiqamətində işlər davam etdirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

