Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-03-31,
Seanews
Heyder Eliyev

Dubay sahillərində nəhəng neft tankeri hücuma məruz qalıb

Çərşənbə axşamı səhər saatlarında Dubay sahillərində tam yüklü xam neft tankeri hücuma məruz qalıb.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, İranın hücumu nəticəsində gəmidə güclü yanğın baş verib.

Küveyt bayrağı altında üzən “Əs-Salmi” gəmisinə hücumdan sonra xam neftin qiymətləri yenidən qalxıb. Hazırkı qiymətlərlə 200 milyon dollardan çox dəyərində təxminən 2 milyon barel neft daşıya bilən tankerin sahibi “Kuwait Petroleum Corp” hücumun gəminin gövdəsinə ziyan vurduğunu bildirib.

Dubay hakimiyyəti tankerdə yanğının nəzarət altına alındığını, neft sızmasının və heyət üzvlərinin xəsarət almadığını bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır