VLCC tipli yeni tanker sifarişləri cəmi altı ay ərzində 20 il əvvəlki illik rekordu qırdı
VLCC tipli yeni gəmi inşası bazarı tarixi dövrünə qədəm qoyub. Belə ki, 2025-ci ilin son rübü və 2026-cı ilin ilk rübü ərzində verilən sifarişlər indiyədək qeydə alınmış ən yüksək illik göstəriciləri geridə qoyub.
“Seanews.az” "Hartland" gəmi brokeri şirkətinə istinadən xəbər verir ki, 2023-cü ilin ortalarında cəmi 1% olan sifarişlərin mövcud donanmaya nisbəti 15 ay ərzində 26%-ə yüksəlib. Şirkətin məlumatına əsasən, son iki rübdə təxminən 125 VLCC tankeri sifariş edilib ki, bu da 2006-cı ildə qeydə alınmış 108 gəmilik tarixi rekordu üstələyir.
Sifarişlərin 90%-ni xam neft tankerləri təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə beş dəfə çoxdur.
Sənaye qurumu BIMCO da bu meyli təsdiqləyərək bildirir ki, tanker sifarişlərinin üç dəfə artması sayəsində ümumi gəmiqayırma müqavilələri illik müqayisədə 40% çoxalıb.
Mütəxəssislər bu mənzərəni qlobal donanmanın köhnəlməsi, neft tələbatına olan inam və rekord qazancların birləşməsi nəticəsində yaranan "tarixin ən böyük xam neft tankeri sifarişi dalğası" kimi xarakterizə edirlər.

