Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-20,
Seanews
Heyder Eliyev

Hind okeanında miqrant gəmisi batıb: 250 nəfər itkin düşüb

Andaman dənizində gəminin batması nəticəsində göyərtəsində uşaqların da olduğu 250-yə yaxın rohinca və banqladeşli itkin düşüb. Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Beynəlxalq Miqrasiya Təşkilatı məlumat verib.

“Seanews.az” xəbər verir ki, Banqladeşdən yola düşən və Malayziyaya istiqamət alan gəminin güclü fırtına və həddindən artıq yüklənmə səbəbindən batdığı bildirilir.

Qəzanın dəqiq baş vermə vaxtı məlum olmasa da, aprelin 9-da Banqladeş bayrağı altında üzən gəmi suyun üzərində taxta parçalarından yapışaraq sağ qalan 9 nəfəri xilas edib. Onların sözlərinə görə, gəmi aprelin 7-si və ya 8-i fırtınaya düşüb.

Myanmada vətəndaşlıqdan məhrum edilən və 2017-ci ildən bəri Banqladeşdəki düşərgələrdə ağır şəraitdə yaşayan Rohinca müsəlmanları daha yaxşı həyat ümidi ilə tez-tez Malayziyaya doğru təhlükəli dəniz səfərlərinə çıxırlar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır