Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-20,
Seanews
Heyder Eliyev

"CMA CGM" şirkəti "Gemalink" konteyner terminalının genişləndirilməsini planlaşdırır

Fransanın "CMA CGM Group" şirkəti Vyetnamın cənubundakı "Cai Mep" liman kompleksində yerləşən "Gemalink" konteyner terminalının genişləndirilməsini planlaşdırır.

"Seanews.az" xəbər verir ki, layihə çərçivəsində terminalın illik ötürmə qabiliyyəti hazırkı 1,7 milyon TEU-dan 3 milyon TEU-ya çatdırılacaq. Genişləndirmə işlərinin 2027-ci ilin sonunadək tamamlanması nəzərdə tutulur.

"Gemalink" terminalı "Gemadept" şirkəti ilə birgə müəssisədir və burada "CMA CGM Group" 25% paya malikdir. Layihə şirkətin Cənub-Şərqi Asiyada liman infrastrukturunun inkişafında növbəti mərhələ kimi qiymətləndirilir və regiona uzunmüddətli sadiqliyini təsdiqləyir.

Genişləndirmə çərçivəsində mövcud körpü xətti iki mərhələdə ümumilikdə 450 metr uzadılacaq. Konteyner sahəsi 32 hektardan 44 hektara qədər artırılacaq. Bundan əlavə, beş ədəd STS alınaraq ümumi sayı 13-ə çatdırılacaq, həmçinin əlavə terminal texnikası cəlb ediləcək.

Bu inkişaf regionda idxal-ixrac axınlarının dinamik artımını qarşılamağa və Asiya təchizat zəncirlərində mühüm rol oynayan Vyetnamın mövqeyini gücləndirməyə xidmət edəcək.

2021-ci ildə fəaliyyətə başlayan "Gemalink" artıq Vung Tau bölgəsində və ümumilikdə Vyetnamda ən səmərəli terminallardan biri kimi tanınır. Terminal hazırda illik 1,7 milyon TEU həcmində tam gücü ilə işləyir.

"CMA CGM Group"un əməliyyatlar və aktivlər üzrə icraçı vitse-prezidenti Kristin Kabo Vörel bildirib ki, "Gemalink"in ikinci mərhələsinin təməlqoyma mərasimi şirkətin Vyetnama uzunmüddətli bağlılığını və "Gemadept" ilə qurulan güclü tərəfdaşlığı nümayiş etdirir.

Onun sözlərinə görə, genişləndirmə nəticəsində 2027-ci ilin dördüncü rübünədək terminalın gücü 3 milyon TEU-ya çatacaq ki, bu da Vyetnamın qlobal təchizat zəncirlərində rolunu daha da möhkəmləndirəcək və ölkənin 2050-ci ilədək Cənub-Şərqi Asiyada aparıcı dəniz-logistika mərkəzinə çevrilməsi hədəfinə töhfə verəcək.

Qeyd edək ki, "CMA CGM Group" 1989-cu ildən Vyetnamda fəaliyyət göstərir. Şirkətin hazırda Ho Şi Min, Hanoy, Hayfonq, Dananq və Quy Nhon şəhərlərində beş ofisi mövcuddur. Qrup ölkənin yeddi limanı vasitəsilə həftəlik 29 xidmət həyata keçirərək, müasir intermodal şəbəkə ilə əsas qlobal istiqamətləri birləşdirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır