Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-20,
Seanews
Heyder Eliyev

2029-cu ilin məcburi naviqasiya standartı "S-100"-ün sınaqları tamamlandı

"Carnival Corporation" şirkəti Niderlanddakı CSMART təlim mərkəzində yeni rəqəmsal naviqasiya standartı olan "S-100" məlumatlarının sınaqlarını uğurla başa vurub. Beynəlxalq Hidroqrafiya Təşkilatı (IHO) tərəfindən hazırlanan bu yeni çərçivə elektron xəritələri, dəniz dibinin relyefini, habelə qabarma-çəkilmə və axınlar kimi real vaxt məlumatlarını vahid sistemdə birləşdirir.

“Seanews.az” xəbər verir ki, Rotterdam, Sauthempton və Melburn kimi iri  limanların naviqasiya ssenarilərinin canlandırıldığı simulyasiya sınaqlarında beynəlxalq hidroqrafiya idarələri, liman rəsmiləri və "Wärtsilä" kimi texnoloji tərəfdaşlar iştirak edib.

CSMART-ın icraçı direktoru Mark Cekson bildirib ki, simulyator sınaqları heyətin yeni sistemlə rəftarını anlamaq və real tətbiqə rəvan keçidi təmin etmək üçün böyük əhəmiyyət daşıyır. Sınaqlar zamanı dənizçilər üçölçülü dəniz dibi təsvirləri və dinamik suya oturum idarəetməsi kimi funksiyaları test edərək onların istifadəyə yararlılığını qiymətləndiriblər.

"S-100" standartlarının birinci mərhələsi 2026-cı ilin əvvəlində rəsmən qüvvəyə minib və Beynəlxalq Dəniz Təşkilatının (IMO) qərarına əsasən, 2029-cu ilin yanvarından etibarən bütün yeni gəmilərin bu standartı dəstəkləyən ECDIS cihazları ilə təchiz olunması məcburi olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır