Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-20,
Seanews
Heyder Eliyev

Vauçer modeli heyətin internet çatışmazlığı probleminin həllinə yönəlib

"IEC Telecom" gəmiçilik sektorunda ən aktual məsələlərdən biri olan dənizdə etibarlı və idarəolunan internet təminatı problemini həll etmək üçün vauçer əsaslı rabitə sistemini istifadəyə verib.

“Seanews.az” xəbər verir ki, Sinqapur Dənizçilik Həftəsində təqdim olunan  bu sistem operatorlar üçün mərkəzləşdirilmiş nəzarəti, heyət üçün isə tələbata uyğun girişi özündə birləşdirən ikisəviyyəli model təklif edir. Dənizçilər xüsusi portal vasitəsilə məlumat paketlərini aktivləşdirə, istifadəyə nəzarət edə və əlavə paketlər ala bilərlər. Şirkətlər isə ümumi istehlaka və daxili siyasətə nəzarəti saxlayır.

Yüksəksürətli peyk rabitəsi (LEO) xidmətlərinin genişlənməsi fonunda internet artıq bir imtiyaz deyil, əsas tələbə çevrilib. Yeni sistem korporativ, sosial və öncədən ödənişli trafikləri bir-birindən ayıraraq həm şəbəkə təhlükəsizliyini artırır, həm də bir neçə istifadəçinin eyni vaxtda hibrid şəbəkələrə qoşulmasına imkan yaradır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır