Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-20,
Seanews
Heyder Eliyev

ABŞ hərbi gəmisində yanğın: Üç nəfər xəsarət alıb

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Zumwalt" esminesində (eskadrilya minadaşıyıcısı) baş verən yanğın nəticəsində üç dənizçi xəsarət alıb.

“Seanews.az” xəbər verir ki, hadisə gəminin Missisipi ştatındakı "Pascagoula" tərsanəsində növbəti nəsil hipersəs raketlərinin quraşdırılması üçün modernizasiya edildiyi vaxt qeydə alınıb. Yanğın gəmi heyəti tərəfindən söndürülüb. Xəsarət alan dənizçilərdən ikisinə yerində tibbi yardım göstərilib, bir nəfər isə xəstəxanaya yerləşdirilib. Hazırda hadisənin səbəbləri və dəymiş ziyanın həcmi araşdırılır.

"Zumwalt" sinfinə məxsus futuristik gəmilərin silahlanmasında əsaslı dəyişikliklər aparılır. Büdcə məhdudiyyətləri səbəbindən istifadəsi qeyri-praktik hesab edilən və hər atışı təxminən 1 milyon dollara başa gələn göyərtə topları "Conventional Prompt Strike" hipersəs raket sistemləri ilə əvəzlənir. Üç gəminin modernizasiyasını nəzərdə tutan bu layihənin ümumi dəyəri 2 milyard dollara yaxındır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır