Şərqi Asiyada ammonyakın gəmi yanacağı kimi tətbiqi genişlənir
Bu həftə Yaponiya və Cənubi Koreyada elan edilən mühüm nailiyyətlər ammonyakın dənizçilik sənayesinin əsas sıfır karbonlu yanacağı olma şansını gücləndirib.
“Seanews.az” xəbər verir ki, Tokioda keçirilən "Sea Japan 2026" sərgisində “ClassNK” təsnifat cəmiyyəti dünyada ilk dəfə göyərtəsində IMO standartlı “Type B” müstəqil yanacaq çəni quraşdırılmış ammonyakla işləyən quru yük gəmisi üçün prinsipial razılıq (AiP) verib. Yeni dizayn "Greener Ships" (GSC) mərkəzi tərəfindən hazırlanıb. O, səmərəlilik və çeviklik baxımından daha üstün imkanlar təklif edərək, bu sahədə indiyədək dominant olan "Type C" çənlərinə ciddi alternativ yaradır.
Eyni zamanda Cənubi Koreyanın Ulsan limanında tarixi bir əməliyyat həyata keçirilib. "Lotte Fine Chemical" şirkəti dünyada ilk dəfə olaraq ammonyakın gəmi yanacağı kimi kommersiya məqsədli tətbiqinə başladığını elan edib. "HD Hyundai Heavy Industries" tərəfindən inşa edilən və yalnız ammonyakla hərəkət edən gəmiyə Çinin Monqolustan muxtar rayonunda istehsal olunan "yaşıl ammonyak" uğurla vurulub.
Asiyanın ən böyük ammonyak terminalına sahib olan şirkətin bu addımı nəzəriyyədən real əməliyyat mərhələsinə keçidi göstərir.

