Britaniya qoşunları NATO təlimlərinə yollanmaq üçün mülki bərədən istifadə edib
Britaniya ordusu son 20 ildə ilk dəfə olaraq hərbi qüvvələrin daşınması üçün mülki bərə icarəyə götürüb.
"Seanews.az" xəbər verir ki, NATO-nun irimiqyaslı "Rhino Storm" təlimlərində iştirak edəcək 1400-dən çox hərbçi Nyu-Kasl limanından "DFDS" şirkətinə məxsus "King Seaways" mülki bərəsi ilə Hollandiyaya, oradan isə dəmir yolu ilə Almaniyaya yola düşüb.
Ordu rəhbərliyi bu addımı hərbi əməliyyatlar zamanı mülki nəqliyyat vasitələrindən hərbi texnika və təyyarələrlə yanaşı istifadə vərdişlərini inkişaf etdirmək üçün mühüm təcrübə kimi qiymətləndirib.
Məlumata görə, 1400 nəfərlik şəxsi heyəti hava yolu ilə daşımaq üçün ən azı yeddi "RAF Voyager" təyyarəsi və əlavə yük reysləri tələb olunduğu halda, mülki bərədən istifadə böyük kontingentin daha çevik və səmərəli şəkildə mobilizasiyasına imkan verib.

