Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

Ədən körfəzində yük gəmisi silahlı hücum cəhdindən yayınıb

Yəmənin Əl-Mukalla limanından 92 dəniz mili cənubda, Ədən körfəzində naməlum quru yük gəmisi silahlı qayıq tərəfindən hücuma məruz qalıb.

“Seanews.az” xarici mediaya istinadən xəbər verir ki, mayın 1-də qara gövdəli kiçik qayıq (skiff) gəmiyə 10 metrə qədər yaxınlaşaraq içərisində olan 7 nəfər silahlı şəxs göyərtəyə çıxmağa cəhd edib. Lakin gəmi heyətinin sayıqlığı, sürətli manevrlər və göyərtədəki silahlı mühafizəçilərin güc nümayişi nəticəsində hücumun qarşısı alınıb və qayıq geri çəkilməyə məcbur olub.

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları (UKMTO) mərkəzi bildirib ki, hadisə zamanı müdafiə tədbirləri həlledici rol oynayıb. EUNAVFOR "Atalanta" əməliyyat qrupu son iki həftədə həm husilərin, həm də Somali piratlarının bölgədəki fəallığının kəskin artdığı barədə xəbərdarlıq edib. Məlumata görə, son günlərdə biri tanker, digəri isə balker olmaqla iki gəmi piratlar tərəfindən qaçırılaraq Somali sahillərinə aparılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır