Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

Hörmüz boğazında partlayış baş verən Cənubi Koreya gəmisinin heyətindən xəsarət alan olmayıb

Hörmüz boğazında Cənubi Koreya şirkətinə məxsus yük gəmisində baş verən partlayış və yanğın nəticəsində 24 nəfərlik heyət üzvündən heç kim xəsarət almayıb.

AZƏRTAC Cənubi Koreya mediasına istinadla xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Heyət üzvlərindən 6-sı Cənubi Koreya vətəndaşı, digərləri isə əcnəbilərdir.

Qurum “HMM Namu” adlı gəmidə baş verən yanğının tam söndürüldüyünü, dəymiş zərərin araşdırılması və təmir üçün gəminin yaxınlıqdakı limanlardan birinə çəkiləcəyini açıqlayıb. Hadisənin dəqiq səbəbi yoxlamadan sonra bilinəcək.

Qeyd edək ki, mayın 4-də axşam saatlarında Hörmüz boğazındakı Cənubi Koreya gəmisinin mühərrik bölümündə partlayış olub. Cənubi Koreyanın Dənizçilik Nazirliyi gəmiyə hücum olduğunu açıqlayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır